ABŞ-da yerləşən CompaniesMarketCap-in məlumatlarına görə, Ferrari dünyada ən yüksək gəlirli avtomobil şirkətidir. İtalyan istehsalçısının mənfəət nisbəti 24,96 faizdir. İkinci yerdə yaxşı tanıdığımız bir ad olan TOFAŞ-dır.
Fins.az xəbər verir ki, 2022-ci ilin son rübü ilə 2023-cü ilin birinci, ikinci və üçüncü rüblərini əhatə edən siyahıda TOFAŞ-ın gəlirlilik dərəcəsi 18,49% olaraq açıqlanıb. Siyahıdakı 62 avtomobil şirkətinin orta mənfəət nisbəti 11,05%-dir. Ona görə də deyə bilərik ki, siyahıda Türkiyəni təmsil edən TOFAŞ-ın mənfəət göstəricisi orta göstəricidən xeyli yuxarıdır.
Siyahının ilk 10-luğunda Türkiyədən başqa bir ad var: Ford Otosan. Ticarət vasitələri dedikdə ilk ağıla gələn şirkətlərdən biri olan Ford Otosanın gəlirlilik nisbəti yuxarıda qeyd olunan dövrdə 9,9% olaraq açıqlandı. Dünya miqyasında satışlarda liderlik edən Yaponiya istehsalçısı Toyota, 9,87 faiz gəlirlilik nisbəti ilə Ford Otosandan bir qədər aşağıdır.
Siyahını paylaşmazdan əvvəl bir daha qeyd edək ki, buradakı məlumatlar dollar və ya avro ilə qazancın məbləği deyil, mənfəət dərəcəsidir.
Günel Məlikzadə
Fins.az