Yaponiyanın avtomobil istehsalçısı Toyota, ABŞ bazarı üçün tamamilə yeni, üç sıralı elektrik yolsuzluq avtomobilinin yığılması da daxil olmaqla, gələcək elektrikləşdirmə səyləri üçün Kentukkidəki müəssisəsinə 1,3 milyard dollar sərmayə qoyacağını açıqladı.
Fins.az xəbər verir ki, yeni investisiya ilə Toyota-nın fabrikə qoyduğu ümumi investisiya təxminən 10 milyard dollara yüksəlib.
Açıqlamada, ABŞ bazarı üçün tamamilə yeni, üç sıralı elektrik yolsuzluq avtomobilinin yığılması da daxil olmaqla, gələcək elektrikləşdirmə işləri üçün Kentukkidəki obyektə 1,3 milyard dollar investisiya qoyulacağı bildirildi.
Açıqlamada sərmayənin şirkətin daha əvvəl elan etdiyi Kentukki obyektində elektrikli avtomobillərin yığılmasına dəstək verəcəyi və bu obyektə akkumulyator yığma xəttinin də əlavə ediləcəyi bildirilib.
Toyota-nın Kentukkidəki istehsal müəssisəsi 1986-cı ildən bəri avtomobil istehsalçısının Şimali Amerikadakı əməliyyatlarının qərargahı olmuşdur.
Təxminən 9400 işçinin çalışdığı müəssisənin ildə 550 min avtomobil istehsal etmək gücündə olduğu qeyd edilir.
Günel Məlikzadə
Fins.az