Xiaomi ilk elektrik avtomobili SU7 ilə avtomobil dünyasına sürətlə daxil olmaq istəyir. Son aylarda Çində təqdim edilən SUV modelinin istehsalı üçün hazırlıqlar tamamlanıb. Fabrikdən alınan məlumat onun kütləvi istehsala keçəcəyini ortaya qoydu.
Fins.az xəbər verir ki, fevralın ortalarında kütləvi istehsala çıxması planlaşdırılan Xiaomi SU7; Tesla Model S ilə rəqabət aparacaq. 3 saniyədən az bir müddətdə 100 km/saata çata bilən elektrik avtomobil HyperOS interfeysi sayəsində Xiaomi cihazları arasında ekosistem yaradacaq.
SU7-nin iki versiyada təklif ediləcəyi gözlənilir. RWD avadanlığı 35 min 200 dollardan; AWD versiyası 55 min dollardan başlayan qiymətə sahib olacaq. Ən yüksək səviyyəli variantda 101 kVt/saat CATL batareyası və 495 kVt mühərrik olacaq.
Çin şirkəti tərəfindən hazırlanmış 800V Modena EV arxitekturası SU7-ni gücləndirəcək. Çoxsaylı sensorlar sayəsində sürücü dəstək sisteminə də sahib olacaq elektrik SUV, Teslanın avtopilotu ilə də rəqabət aparacaq.
Xiaomi həmçinin Ar-Ge dəstəyi ilə yüksək həcmli istehsala diqqət yetirir. Mart ayından başlayaraq ayda 2 mindən çox SU7 istehsal etməyi hədəfləyir. İlk istehsal 2024-cü ilin ortalarına qədər həyata keçirildikdən sonra, ayda 10 min avtomobili xəttdən çıxarmaq istəyir.
SU7 üçün Xiaomi Auto markasını quran Çin şirkəti 10 milyard dollardan çox büdcə ayırıb və 3 mindən çox mühəndislə çalışıb. Qeyd edək ki, ilk mərhələdə o, yalnız Çində satılacaq.
Günel Məlikzadə
Fins.az