AVTO

30 Yanvar

Toyota 2023-cü ildə "dünyanın ən çox satılan avtomobil istehsalçısı" adını qoruyub

Toyota Motor tərəfindən edilən şərhdə, şirkətin 2023-cü ilə aid avtomobil satış və istehsal məlumatları paylaşıldı.

Fins.az xəbər verir ki, yapon istehsalçısı 2023-cü ildə dünya üzrə 11,23 milyon avtomobil satıb.

Əvvəlki ilə görə 7,2% artan bu satışlar, şirkətin indiyə qədərki ən yüksək avtomobil satışları olub.

Hibrid modellərin satışları 31,4 faiz artaraq 3,42 milyon; Elektrikli modellərin satışı isə 4 dəfədən çox artaraq 104 min 18 ədəd olub.

Avtomobil satışlarına həmçinin Toyota qrupundan mini avtomobil istehsalçısı Daihatsu və pikap istehsalçısı Hino-nun satışları da daxildir.

Şirkətin açıqlamasında, "Məqsədimiz ən yüksək satışa nail olmaq deyil. Təhlükəsizlik və keyfiyyət bizim birinci prioritetimizdir." deyildi.

Rəsmi Kyodo agentliyi Yapon şirkətinin ən böyük rəqibi olan Volkswagen AG-nin 2023-cü ildə 9,24 milyon avtomobil satdığını bildirib.

Beləliklə, Toyota Volkswagen üzərində liderliyini möhkəmləndirdi və qlobal satışlardakı liderliyini dördüncü ilə daşıdı.

Toyota Motor 2023-cü ildə qlobal avtomobil istehsalını 8,6 faiz artıraraq 11,52 milyona çatdırıb.

Şimali Amerika, Avropa və Yaponiyada artan tələbatın müsbət təsiri istehsalın artımında özünü göstərdi.

Günel Məlikzadə
Fins.az