Məsələ ilə bağlı məlumatı olan dörd mənbəyə görə, Tesla təchizatçılarına “Redwood” kod adlı yeni elektrik avtomobilinin istehsalına başlamaq istədiyini bildirib.
Fins.az xəbər verir ki, avtomobili kompakt krossover modeli kimi təsvir edib.
Tesla-nın CEO-su Elon Musk uzun müddətdir ki, brendin pərəstişkarlarını və investorlarını sərfəli elektriklə işləyən avtomobillərə və özü idarə olunan robot taksilərə həvəsləndirir. Söz mövzusu vasitələrin yeni nəsil, daha sərfəli elektrik avtomobil platformaları çərçivəsində istehsal ediləcəyi gözlənilir.
25.000 dollar dəyərində giriş səviyyəli avtomobil də daxil olmaqla bu modellərin Teslaya sayları artmaqda davam edən daha sərfəli yanacaqla işləyən avtomobillər və sərfəli elektrik avtomobilləri ilə rəqabət aparmasına imkan verəcəyi düşünülür.
Ucuz elektrik avtomobilləri istehsal edən Çin şirkəti BYD 2023-cü ilin son rübündə Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobil istehsalçısı oldu.
Musk əvvəlcə 2020-ci ildə 25 min dollar dəyərində avtomobil istehsal edəcəyini vəd etsə də, sonradan bu planından imtina etdi. Teslanın satışda olan ən ucuz modeli olan Model 3 sedanının başlanğıc qiyməti hazırda ABŞ-da 38 990 dollardır.
Günel Məlikzadə
Fins.az