AVTO

23 Yanvar

Huawei və Çin avtomobil nəhəngi güclərini birləşdirib!

Voyah şirkəti Huawei ilə ağıllı elektrik avtomobilləri hazırlamaq üçün strateji tərəfdaşlıq imzalayıb. Çinin Dongfeng Motor şirkətinin elektrik avtomobil markası Voyah, Huawei ilə birlikdə fərqli seqmentlərdə yeni avtomobil modelləri hazırlayacağını açıqladı.

Fins.az xəbər verir ki, Voyah-ın elektrik avtomobil istehsalında təcrübəsi və Huawei-nin məlumat-əyləncə sistemlərindəki texnologiyalarından istifadə olunacaq. Tərəfdaşlıq sayəsində Voyah və Huawei, HarmonyOS ilə elektrikli avtomobillərində unikal istifadəçi təcrübəsi yaratmağı hədəfləyirlər.

Yeni ortaqlıq sayəsində Voyah modelləri; Buraya qabaqcıl sürücü yardımı, Huawei Mobile Services tərəfindən dəstəklənən ağıllı kokpitlər və Huawei mobil şəbəkələri tərəfindən dəstəklənən peyk bağlantısı kimi funksiyalar daxildir. Lakin bu ortaqlıqdan hansı modellərin faydalanacağı hələlik bəlli deyil.

Huawei daha əvvəl BAIC (Arcfox) və Changan (Seres) ilə əməkdaşlıq edərək öz avtomobil modellərini satışa çıxarmışdı. Voyah və Huawei-nin yeni ortaqlığı çərçivəsində yeni bir markanın satışa çıxarılması ehtimalı olduqca yüksək görünür.

Huawei; Aito və Huawei Inside kimi markaları sayəsində avtomobil istehsalçıları ilə sıx əməkdaşlıq edə bilir. O, həmçinin bir çox modellərin ağıllı aparat/proqram həllərini təqdim edir. O, HarmonyOS texnologiyalarından qoşulma, avtonom idarəetmə və fərdiləşdirilmiş istifadəçi təcrübəsində istifadə edir.

Ortaqlıq çərçivəsində Voyah Free və Dreamer kimi mövcud modellərin yenilənməsi və yeni, daha inkişaf etmiş modellərin təqdim edilməsi gözlənilir. 

Günel Məlikzadə
Fins.az