Renault Qrupunun performans qanadı olan Alpine 2023-cü ili yaxşı keçirən brendlərdən biri idi. 2022-ci ilə nisbətən satışlarında iki rəqəmli artım görən istehsalçı, ardıcıl ikinci il də yüksəlişini qoruyub saxlaya bilib.
Fins.az xəbər verir ki, Alpine bu il satışlarını 22,1 faiz artıraraq cəmi 4328 ədəd satıb. Brendin yeganə modeli olan A110 hazırda Avropanın ən məşhur iki yerlik idman kupe modelidir. Fransız istehsalçının satışlarının xüsusilə Almaniyada (34%) artdığı müşahidə edilir. İkinci və üçüncü yerlər müvafiq olaraq Belçika və Fransaya məxsusdur.
Dünyada 146 sərgi salonu olan fransız istehsalçı, 2024-cü ilin birinci rübündə Türkiyədə ilk sərgi salonunu açacaq. Qarşıdakı 7 ay ərzində A110 istehsalını tamamlayan istehsalçı gələcəkdə modelin xüsusi versiyalarını satışa təqdim edəcək.
Alpinin bir müddətdir ki, yeni modellər üzərində işlədiyini də bilirik. Məsələn, yuxarıda gördüyünüz casus fotoşəkillərində A110-un daha yüksək performanslı versiyası var. F1 pilotu Esteban Ocon tərəfindən sınaqdan keçirilmiş bu model A110 R adlandırıla bilər. Modelin Nürburqrinqdə 7 dəqiqə 18,77 saniyə dövrə vurduğu da iddia edilir.
Günel Məlikzadə
Fins.az