AVTO

18 Yanvar

Sixt Stellantis-dən 250 min avtomobil alacaq

Avtomobil kirayəsi nəhəngi Sixt Stellantis ilə bağladıqları müqavilə nəticəsində 2026-cı ilə qədər ümumilikdə 250 mindən çox avtomobil alacaqlarını açıqladı. Rəqib şirkətlərdən olan Hertz-in parkındakı elektrik avtomobillərini sərfəli qiymətlərlə sataraq daxili yanma modellərinə keçəcəyini açıqlamasından dərhal sonra gələn bu xəbər maraqlı mənzərəni təqdim edir.

Fins.az xəbər verir ki, Sixt tərəfindən edilən açıqlamaya görə, bu 250 min avtomobil parkına elektrikli avtomobillər də daxil olacaq. Stellantis-in elektrik avtomobillərinə sərmayə qoyuluşunda zəmanətli müştəri əhatəsi strateji əhəmiyyətli yer tutur. Bununla belə, donanmanın hansı hissəsinin elektrik olacağı ilə bağlı dəqiq açıqlama yoxdur.

Opel  Alfa Romeo və Maserati də daxil olmaqla bütün Stellantis markalarından ibarət olacaq donanma ilə bağlı edilən razılaşmaya əsasən, hər iki şirkət tərəfindən sifariş miqdarı və çatdırılma tarixlərində çeviklik qəbul edilib.

Bundan əlavə, iki şirkət Stellantis-in "Mobilisights" adlı məlumat toplama sistemindən faydalanacaq. Avtomobilin yanacaq vəziyyəti və odometr kimi məlumatlar Sixt-ə ötürülsə də, Stellantis öz avtomobillərini inkişaf etdirmək üçün istifadə edəcəyi məlumatları toplayacaq.

Stellantis-in CEO-su Carlos Tavares: "Sixt ilə bugünkü açıqlamamız sayəsində biz müştərilərə sərfəli və yenilikçi avtomobillər təklif etmək vədimizi yerinə yetiririk. İkonik markalarımız sayəsində biz hər ehtiyac üçün avtomobillər təklif edə bilərik. Sixt ilə razılaşmamız sayəsində mövcud və Potensial müştərilər ən son texnologiyalarımızı təcrübədən keçirə biləcəklər "Davamlı texnologiya şirkətinə çevrildiyimiz bu dövrdə bu test sürüşləri kritik bir mövqeyə malikdir".

Günel Məlikzadə
Fins.az