AVTO

05 Mart

Almaniyada "Tesla" zavodu açılacaq

"Tesla" şirkəti Berlin yaxınlığında elektrik avtomobillərin istehsalı üzrə zavod açmaq üçün Almaniya hakimiyyətindən rəsmi icazə alıb.

Fins.az xəbər verir ki, zavodun gücü şirkətə ildə 500 min elektromobil istehsal etməyə imkan verəcək. İlk mərhələdə burada Model Y kompakt krossoverləri istehsal olunacaq. Keçən il "Tesla" bu modeldən 1 milyona yaxın avtomobil istehsal edib.

Bu, şirkətin Kaliforniya ştatı Fremont şəhərində və Şanxaydakı zavodlarından sonra üçüncü istehsal müəssisəsidir.

Şirkətin rəhbəri İlon Mask qeyd edib ki, Almaniyadakı müəssisə "Tesla"-ya Avropa bazarında öz payını təmin etməyə imkan verəcək.