Bu ilin yanvar-avqust aylarında Azərbaycana 571,8 milyon ABŞ dolları dəyərində 56 361 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 43,1 % və 69,9 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 13,9 % artaraq 123 ədəd (9,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 69,2 % artaraq 52 488 ədəd (348,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 7 234-ü (45 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 55-i (1,9 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 59,6 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 87,9 % artaraq 3 675 ədəd (55,8 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 10,7 % azalaraq 75 ədəd (8,9 milyon ABŞ dolları dəyərində) olub.