AVTO

19 Avqust

Çip defisitinə görə “Toyota” istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi “Toyota” gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq.

Şirkət çip çatışmamazlığına görə sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək.

İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neçə zavodda istehsal xətləri dayandırılacaq. Şimali Amerika, Çin və Avropada isə istehsal böyük ehtimalla 10 minlərlə ədəd azalacaq.

Bu xəbər fonunda “Toyota”nın səhmləri 4,7 % ucuzlaşıb.