AVTO

10 Avqust

Renault və Geely birgə hibrid avtomobillər istehsal edəcək

“Renault” və “Geely” markaları Çində hibrid avtomobillər istehsal etməyə başlayacaq.

Verilən məlumata görə, birgə müəssisə “Geely” zavodlarından birinin əsasında yaradılacaq. Əməkdaşlıq müqaviləsi avqustun 9-da imzalanacaq.

Bildirildiyi kimi, “Renault” bütün diqqətini brendinq, satışlar və marketinq, “Geely” isə texnologiyalar və istehsal gücü üzərində cəmləşdirəcək.

Tərəfdaşlar Cənubi Koreyada da əməkdaşlıq etməyi planlaşdırırlar. Zavod “Lynk Co” markası altında istehsal ediləcək.

Hibrid avtomobillər özündə həm daxili yanma mühərrikli, həm də elektrikli avtomobillərin xüsusiyyətlərini birləşdirir: elektromobilin yüksək səmərəliliyi (89-90%) və uzun məsafə gedişi.