AVTO

29 İyul

"Tesla" elektrikli pikap istehsalını da təxirə salıb

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti “Cybertruck” elektrikli pikapın istehsalını 2022-ci ilə qədər təxirə salıb.

Buna səbəb 4 680 tipli akkumulyator batareyaların çatışmamazlığıdır.

Hazırda bu səbəbdən ancaq məhdud partiyada pikap buraxmaq mümkündür. Belə olan təqdirdə isə avtomobilin qiyməti azı 1 milyon ABŞ dolları ola bilər.

Xatırladaq ki, daha əvvəl akkumulyatorların tədarükü ilə bağlı böhranla əlaqədar, şirkət “Semi” elektrikli yük avtomobillərinin istehsalını da 2022-ci ilə kimi təxirə salıb.