Almaniyalı avtomobil istehsalçıları arasında bitmək bilməyən rəqabət hələ də davam edir. "Mercedes" və "Porsche" bu dəfə sürət rekordunu bölüşə bilməyib.
Digər sektorların əksinə avtomobil sənayesində markaların bir-birini tənqid etməsi üçün rahat bir mühit var. Bu səbəbdən rəqiblərinə söz atmaqdan heç çəkinməyən «Mercedes AMG» bu dəfə də dişlərini «Porsche» ailesinin üzərinə qıcıdaraq, «Porsche»nin bu yaxınlarda qırdığı rekordunu tənqid edib.
Belə ki, «Manthey Racing» hissələrini istifadə edən bir «911 GT2 RS» versiyası bu yaxınlarda Nürburgring-in yeni "ən sürətli avtomobili" adını qazanmağa nail olmuşdu. Lakin, «Mercedes AMG» sosial şəbəkədə yayımladığı bir paylaşımda bildirib ki, rekord hələ də «Mercedes-AMG GT Black Series»a aiddir. Çünki, Ştutqartli rəqibinin xüsusi bir gövdə kiti istifadə etdiyini və bu hissələrin istehsal modellərində yer almadığını bildirir. Rekord qıran «AMG GT Black Series»i isə istənilən bir showroomdan satın almaq mümkündür.
Mütəxəssislər isə «Mercedes»in bu fikirlərini təqzib edərək, «Manthey 911 GT2 RS»in ictimai yollar üçün tamamilə uyğun olduğunu və hətta bu modeli opsiya siyahısındakı avadanlıqlar ilə birlikdə təchiz etmənin mümkün olduğunu açıqlayıb.
Qeyd edək ki, «Porsche Manthey 911 GT2 RS» rekord göstəricisi 6:38 saniyədir. Avtosfer