Növbəti iki il ərzində Aston Martin şirkəti 10 təqdimat keçirməyi planlaşdırıb.
Bu barədə, The Financial Times nəşrinə verdiyi müsahibəsində Britaniya markasının yeni baş direktoru Tobias Moers bildirib.
Mövcud maliyyə vəziyyəti Aston Martin şirkətinə həqiqətən yeni modellərin yaradılmasına pul xərcləməyə imkan vermir. Odur ki, markanın məhsul xəttini mövcud olan avtomobillərin yeni modifikasiyaları vasitəsi ilə yeniləmək nəzərdə tutulur. Bu cəhətdən əsas üstünlük DBX krossoverinə veriləcək.