AVTO

24 Dekabr

Toyota iki ölkədə zavodlarını dayandırıb

Toyota Motor şirkəti Böyük Britaniyadakı iki və Fransadakı bir zavodunu müvəqqəti olaraq bağlayıb. Səbəb, keçən həftə Birləşmiş Krallıqda aşkar edilmiş koronavirus infeksiyasının yeni şatmmıdır.

Bu barədə Yaponiyanın NHK nəşri xəbər verir.

Yeni COVID-19 növünün yayılması üzündən tətbiq edilən qadağalar logistika ilə problemlərin yaşanmasına səbəb olub. Söhbət əsasən, La Manş kanalının altındakı tuneldən qatarların və avtomobillərin hərəkətinin dayandırılmasından gedir - tunel vasitəsilə zavodlara komponentlər gətirildi.