AVTO

24 Dekabr

Hyundai səhvən bu modelinin xüsusiyyətlərini AÇIQLAYIB

Bakı 24 dekabr Fins.az

Hyundai şirkətinin Avstriya ofisi səhvən Ioniq 5 elektromobilinin xüsusiyyətlərini yayımlayıb.

Sonradan səhvini anlayan nümayəndəlik bütün məlumatları səhifəsindən silib.

Lakin TheKoreanCarBlog sayəsində məlumat tez bir zamanda İnternetdə yayılıb. Söhbət elektrokarın "xoş gəldin" versiyasından - First Edition modifikasiyasından gedir.