Nissan üçüncü nəsil Note hetçbekinin iki yeni versiyasını təqdim edib: e-Power 4WD və Autech.
Birinci modifikasiya arxa oxu hərəkətə gətirən əlavə elektrik mühərrikinə sahib olub, ikinci versiya isə, modelin 2017-ci ildə fəaliyyətə başlamış subbrendən olan lüks versiyadır.
Tam ötürməli Nissan Note modeli adi hetçbekdə olduğu kimi, ardıcıl tipli e-Power hibrid güc qurğusuna malikdir. Bildiyimiz kimi, 82 at qüvvəli 1,2-litrlik benzin mühərriki batareyanı qidalandıran generatoru fırladır.