Bu ilin ən yaxşı avtomobillərin siyahısı dərc olunub.
Fins.az xəbər verir ki, 1964-cü ildən bəri keçirilən ən qədim "İlin Avropa avtomobili" (Car of the Year) yarışmasının təşkilatçıları siyahını təqdim ediblər. Bu il siyahıya 29 avtomobil yer alıb.
2021-ci ilin martın 1-də ilin ən yaxşı avtomobilinin adı məlum olacaq.
Qeyd edək ki, sorğuda 23 ölkədən 61 jurnalist iştirak edəcək.