AVTO

24 Dekabr

Volvo ilə əməkdaşlıq edən şirkət avtomobil təqdim edib

Bakı 24 dekabr Fins.az

Emgrand və Emgrand GL modelləri ilə yanaşı, Geely şirkəti daha bir C + seqmentindən olan sedanı yeniləyib.

Bu üçlükdəki ən müasir avtomobil olan Geely Binrui modeli, Volvo ilə əməkdaşlıqda hazırlanmış BMA modul platformasına əsaslanır.

Binrui modeli iki il əvvəl debüt edib və model cərgəsində gənclərə ünvanlanmış idman ruhuna sahib olan sedan kimi səciyyələndirlir. İndi isə, bu imicin bir qədər də gücləndirilməsinə qərar verilib.