Çinin Gelley şirkəti Emgrand modelini növbəti dəfə yeniləyib.
Sonuncu dəfə bu model 2019-cu ildə yenilənmişdi. Yenilənmiş Emgrand yenə də yeni bamperlərə sahib olub. Ön bamper bu dəfə daha "təmizdir", azaldılmış elementlər dəsti və kənarları boyunca şaquli "dişlərə" malikir.
Arxa bamperdə isə, əksinə, əlavə işləmələr və reflektorlar peyda olub. Radiator barmaqlığının konsentrik naxışını, artıq şaquli çubuqları olan "şəlalə" əvəzləyib. Həmçinin təkər diskləri və arxa diod işıqlarının naxışı da dəyişdirilib.