AQRO

11 Mart

Qazaxıstanın Çinə buğda kəpəyi ixracı 25 dəfə artıb

Qazaxıstan Çinə həm buğda, həm arpa, həm də onların emalı məhsullarının ixracını fəal şəkildə artırır.

Fins.az-ın rəsmi statistikaya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Qazaxıstan buğda kəpəyinin Çinə ixracı 421,6 min ton (2022-ci ildə 254,58 min ton idi) təşkil edib.

Eyni zamanda, Çin istiqamətində logistika ilə bağlı problemlərə baxmayaraq, 2023-cü ilin dekabrında bu məhsulların daşınması son 9 ayda ən yüksək aylıq göstəriciyə (43,65 min ton) çatıb.

Maraqlıdır ki, 2019-cu illə müqayisədə Qazaxıstan buğda kəpəyinin Çinə ixracı 3,7 dəfə artıb. Və son 7 ildə dinamikanı nəzərə alsaq, 25,4 dəfə artıb.