AQRO

14 Aprel

Yevlaxda ilk kəndli fermer təsərrüfatında səpinə hazırlıq işlərinə başlanıb - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar bölgələrdə də çölə çıxmaq qadağan edilib. Amma hazırda səpin işlərinin aparılmasının vacibliyini nəzərə alan təsərrüfat sahibləri işlərini görmək üçün sahələrə üz tutur.

Fins.az-ın  məlumatına görə, Yevlax rayonunda da sahələrdə mövsümə uyğun işlər aparılır. Ötən əsrin 90-cı illərində məşhur pambıqçı Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyevanın yaratdığı ilk kəndli fermer təsərrüfatında da artıq hazırlıq işlərinə start verilib. Fermer təsərrüfatında işlər Şamama Əliyevanın övladları tərəfindən aparılır. Məşhur pambıqçının oğlu Raquf Əliyev deyir ki, bu il 5 hektar sahədə çiyid səpini aparılacaq. Məhsuldarlığı isə ötən ildən daha yüksək gözləyir.

Şamama Əliyevanın şan-şöhrəti dillər əzbəri olub. Onun zəhmətkeşliyi hər zaman diqqət çəkib. Ulu öndər Heydər Əliyev Yevlax rayonuna səfərləri zamanı məşhur pambıqçını ziyarət edib onun problemləri ilə maraqlanıb. Şamama Əliyevanın övladları ulu öndərin anaları ilə görüşünü, ona göstərilən qayğını bu gündə xatirələrində saxlayır, qazandığı hər bir uğurda ümummili lider Heydər Əliyevin böyük əməyi olduğunu etiraf edirlər.

Qeyd edək ki, mərhum Şamama Əliyevanın qurub yaratdığı təsərrüfatda övladları pambıq əkini ilə yanaşı, heyvandarlıqla da məşğul olurlar. Apa Tv