VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı – VAKANSİYA
31 OKTYABR
1461

Sumqayıt Texnologiyalar Parkı – VAKANSİYA

2017-10-31 22:00:00

Sumqayıt Texnologiyalar Parkı Metal konstruksiyalar zavoduna boya sahəsinə rəis vəzifəsinə işçi axtarır. 

Vəzifə öhdəlikləri:

• Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
• Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir;
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
• Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir; 
• İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir;
• Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
• Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir;
• İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir;
• İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir;
• İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır;
• Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır;
• İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir;
• Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir;
• Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir;
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminin, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir;
• İş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak edir;
• Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır; 
• Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir;
• Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir;
• İş yerlərində, keçid və magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir,
• Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir; 
• Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır.
• Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir; 
• Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir; 
• Kollektivdə tərbiyəvi iş aparır.

Təhsil/Təcrübə:

• Ali təhsil (İnşaat mühəndisliyi);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office proqramları.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
• Tikinti istehsalatının təşkili və texnologiyasını; tikilən obyektlərik layihə-smeta sənədlərini bilmək
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri bilmək

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; 
• E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291