TENDER

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC	- TENDER
05 İYUN
239

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC - TENDER

2018-06-05 14:30:00

KADASTR VƏ YERQURULUŞU LAYİHƏ-TƏDQİQAT MƏRKƏZİ MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - Geodeziya avadanlıqlarının icarəsi xidmətləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 269 (otaq 507) (Əlaqələndirici şəxs :Sənan Tağıyev, telefon :(+99412) 533-18-93) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 700 manat 

Hesab: AZ23AİİB38030019443701778107
VÖEN 1302005671
Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı 
Kodu: 200071
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - 5-ci bənddə qeyd olunan sənəd Dövlət Sosial Müdafiə Fondundan da təqdim olunmalıdır; - Sözügedən avadanlıqlara malik olduğunu sübüt edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); - Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-07-12 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-20 17:00qədər Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 269 (otaq 507) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-23 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi daşıyıcı axtarır - MÜSABİQƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257