TƏHSİL

Bu institut 1 yaşını qeyd edəcək
07 FEVRAL
272

Bu institut 1 yaşını qeyd edəcək

2019-02-07 10:23:00

Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir illik fəaliyyətinə həsr olunan tədbir keçiriləcək. Fins.az xəbər verir ki, institutdan verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak edəcəklər. 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır