SOSİUM

Bu kəndlərə ilk dəfə mavi yanacaq verildi
10 OKTYABR
729

Bu kəndlərə ilk dəfə mavi yanacaq verildi

2018-10-10 15:39:00

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Siyəzən rayonunun Qozağacı və Şabran rayonunun Sumağa qazmalar kəndlərinə ilk dəfə “mavi yanacaq” verilib.

Fins.az xəbər verir ki, oktyabrın 10-da Qozağacı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.

Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Eləcə də bax:Elektrik enerjisinin və təbii qazın qiyməti artacaq?- NAZİRDƏN AÇIQLAMA

Şabrannın Sumağa qazmalar kəndində isə 35 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sisteminin tətbiqi hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına səbəb olur.

Çıxışlarda rayonun yaşayış məntəqələrinin, xüsusən də dağ kəndlərinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirilib.

Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258