SOSİUM

"Qarabağ"ın daha bir oyunu təxirə salınacaq
26 SENTYABR
269

"Qarabağ"ın daha bir oyunu təxirə salınacaq

2018-09-26 23:08:00

"Qarabağ" klubunun Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə" ilə nəzərdə tutulan səfər oyunu təxirə salına bilər. Fins.az Report-a istinadən xəbər verir ki,  bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib. 

O, deyib ki, oktyabrın 6-da keçirilməli olan qarşılaşmanın başqa vaxta keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər: "Oyunların təxirə salınmasını xoşlamıram. Lakin oktyabrın 4-də "Arsenal"ı qəbul edəcəyik. Bundan 2 gün sonra isə "Keşlə" ilə görüşümüz nəzərdə tutulub. Təbii ki, oktyabrın 6-da oynaya bilmərik. Oyunu oktyabrın 7-nə keçirsək, Azərbaycan yığmasının Farer adaları və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasındakı qarşılaşmalarına hazırlaşmağa cəmi 4 gün vaxtımız qalacaq. 

Sabah "Keşlə" ilə görüşümüzün təxirə salınması xahişi ilə PFL-ə müraciət edəcəyik. Çox istərdik, oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün fərqlə meydana çıxmaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın".

Qeyd edək ki, "Qarabağ"ın I turdan təxirə salınan "Zirə" ilə oyunu bu gün keçirilib. Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 3:2. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256