SOSİUM

Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanın nəticələri elan olunub
30 İYUN
172

Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanın nəticələri elan olunub

2018-06-30 23:01:00

Dövlət qulluğuna qəbul üçün bu gün keçirilən test imtahanının nəticələri elan olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, imtahan nəticələri saat 17:09-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Qeyd edək ki, bu gün DİM tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 21 nəfər imtahana gəlməyib.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə – 2 nəfər;

BA2 altqrupu üzrə – 11 nəfər;

BA3 altqrupu üzrə – 23 nəfər;

BA4 altqrupu üzrə – 44 nəfər;

BB1 altqrupu üzrə – 54 nəfər;

BB2 altqrupu üzrə – 79 nəfər;

BB3 altqrupu üzrə – 135 nəfər;

BB4 altqrupu üzrə – 160 nəfər olmaqla, ümumilikdə 508 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267