SOSİUM

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir
05 SENTYABR
376

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir

2017-09-05 15:32:00

Bu gündən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.

Fins.az-ın verdiyi məlumata görə, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.

Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296