SOSİUM

Uzun istilərdən sonra sərin havalar – HAVA PROQNZOU
01 SENTYABR
385

Uzun istilərdən sonra sərin havalar – HAVA PROQNZOU

2016-09-01 12:34:00

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271