KƏND TƏSƏRRÜFATI

Kürünün bir kiloqramı 2500 manata satılır – VİDEO
11 MART
84

Kürünün bir kiloqramı 2500 manata satılır – VİDEO

2019-03-11 14:42:00

Əsl kürünün bir kiloqramının qiyməti 1000 manatdan baha olsa da, hazırda bəzi restoran və şadlıq evlərində qonaqlara ucuz qiymətə kürü təqdim edilir.

Xezerxeber.az-ın məlumatına görə, marketlərdə balıq kürüsünün 100 qramının satış qiyməti 4 manatla 190 manat arasında dəyişir.

Amma hansının təbii, hansının sənaye üsulu ilə hazırlandığını bilmək çox çətindir.

Əsl kürünün bir kiloqramının qiyməti 1200-2500 manat arasında dəyişir. Halbuki bir çox restoranlarda və şadlıq evlərində hələ də süfrəyə balıq kürüsü qoyulur. İnsanlar isə bu qidadan çəkinirlər.

Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, süni kürü balıq yağından hazırlanır və üzərinə aroma və rəngləndiricilər vurulur. Bu isə birbaşa olmasa da, dolayı yolla insan sağlamlığı üçün ziyanlıdır.

Süni kürünü müəyyən etməyin bir neçə üsulu var.

Qeyd edək ki, süni kürünün satışı qadağan edilməsə də, onun üzərinə bu məhsulun sənaye üsulu ilə hazırlandığının yazılması mütləqdir. Amma bəzi işbazlar bunu yazmayaraq istehlakçıları aldatmağa çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264