ƏRZAQ SƏBƏTİ

Toyuq və şirələrin idxal gömrük rüsumlarının müddəti - UZADILDI
08 NOYABR
89

Toyuq və şirələrin idxal gömrük rüsumlarının müddəti - UZADILDI

2018-11-08 09:12:00
Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar idxal gömrük rüsumunun müddəti 2019-cu il dekabrın 15-dək uzadılıb

Fins.az Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
 
Bu müddət bu il noyabrın 1-də başa çatırdı.
 
İdxal edilən ev toyuqlarının və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də  2019-cu il dekabrın 15-dək uzadılıb
 
Ölkəyə idxal edilən təzə və ya soyudulmuş tomatın 1 kiloqramına tətbiq edilən 0,8 dollar, soğanın 1 kiloqramına tətbiq edilən 0,6 dollar, xiyar və  kornişonlar 1 kiloqramına tətbiq edilən 0,8 dollar, qabıqlı və qabığı təmizlənmiş meşə fındığının 1 kiloqramına tətbiq edilən 1,5 dollar, təzə və ya qurudulmuş üzümün 1 kiloqramına tətbiq edilən 0,4 dollar, alma, armud və xurmanın 1 kiloqramına tətbiq edilən 0,3 dollar, portağal şirələri (dondurulmamış, briks ədədi 20-dən çox olmayan, briks ədədi 20-dən çox olmayan ),  limon şirəsi, tomat şirəsi, üzüm şirəsi və alma şirəsinin, o cümlədən meyvə və tərəvəz şirələri əsasında içkilərin 1 litri 0,7 dollardan az olmamaq şərtilə tətbiq edilən 15 faiz idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də  2019-cu il dekabrın 15-dək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251