ƏRZAQ SƏBƏTİ

"Quş əti olmasa, mal, qoyun ətinin satış qiyməti əlli manat ola bilər"
04 İYUN
511

"Quş əti olmasa, mal, qoyun ətinin satış qiyməti əlli manat ola bilər"

2018-06-04 14:08:00

"Toyuq ətinin uzun müddətdir bahalaşmasının şahidi olmuruq". Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, Quşçular Cəmiyyəti məhsulların bahalaşmasının tərəfdarı deyil: "Quş əti olmasa, mal, qoyun ətinin satış qiyməti əlli manat ola bilər. Bütün təbəqələrin əldə edə biləcəyi sabit qiymətin olmasının tərəfdarıyıq".

A.Vəliyev əlavə edib ki, xaricə quş əti satmaq çətindir: "Əti satmaq baha başa gəlir. Amma yumurtanı sata bilirik. Ötən il İraqa, Əfqanıstana və İrana yumurta ixrac olunub. Əsasən müsəlman ölkələri Azərbaycandan yumurta alır. Azərbaycan quş ətinə tam təlabatını ödəyir".  (Report.az)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253