PR

Qlobal PR agentliklərinin TOP 10-ğu: Gəlirləri nə qədərdir? - Reytinq
02 MAY
105

Qlobal PR agentliklərinin TOP 10-ğu: Gəlirləri nə qədərdir? - Reytinq

2019-05-02 11:23:00

“The Holmes Report”un sahə üzrə jurnalı PR agentliklərinin qlobal reytinqini tərtib edib. Reytinqə çoxdankı lider “Edelman” şəbəkəsi başçılıq edir. Belə ki, 2018-ci ilin nəticəsinə görə, ilk beşliyə Edelman, Weber Shandwick, BCW, FleishmanHillard, Ketchum və MSL agentlikləri daxil olub.

Fins.az-ın məlumatına görə, Burson Cohn & Wolfe (BCW), Cohn & Wolfe ilə Burson-Marsteller-in birləşməsinə yaranıb. 

2018-ci ilin reytinqində iştirak edən şirkətlərin gəlirləri 12,3 milyard dollar təşkil edib. Bu göstərici milli valyutanın dollar qarşısında dəyişməsi nəzərə alınmadan 9,7% artıb. Dollar ilə artım daha az olub, 5,3%. TOP 10-ğa daxil olan şirkətlərin göstəricilərində isə 4,9% artım müşahidə olunub. TOP 10-luğun əsas drayverləri BlueFocus (+10,8%), Brunswick (+7,7%), Ogilvy (+9,6%), FleishmanHillard (+6%) və Weber Shandwick (+5%) olub.

“Global TOP 250 PR Agency Ranking 2019” reytinqində isə Rusiyadan 4 agentlik daxil olub. Bunlar “Mixayilov və Partnyor”ları strateji kommunikasiya şirkəti (117 yer), КROS (131 yer), Pro-Vision Communications (244 yer) və EM (246 yer).

Onların ümumi gəlirləri 2018-ci ildə müvafiq olaraq $15,4 milyon, $13,5 milyon, $5,1 milyon və $5 milyon olub. “Mixayil və Partnyor”ları qrupundan isə deyiblər ki, 2018-ci ilin reytinqi tərtib olunan zaman, onların reklam biznesi ilə bağlı göstəriciləri nəzərə alınmayıb.

Bu şirkətin reklam bölməsinin restrukturizisiyası və “New Media Intelligence Group”də bir sıra aktivlərin birləşməsi ilə bağlı olub. Holdinqlərin reytinqinə gəldikdə isə “böyük dördlüyə” — WPP, Omnicom, IPG, Publicis —daxil olub, onlar qlobal PR bazarının 30%-ni əlində saxlayır. Buna görə də lider, WPP-ni reytinqdə Omnicom PR Group, IPG, DJE Holdings və PROI Worldwide izləyir. “Publicis Groupe” isə reytinqdə 6-cı yerdədir.

 

 ©Facemark.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264