PR

Azercell-in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu
12 OKTYABR
147

Azercell-in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

2017-10-12 12:52:00

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.

Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün Azercell Telekom daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyi I Futbol Turnirini uğurla başa vurub. Turnirin oktyabrın 11-də keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları uçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank” komandası qalib gəlib. Hər kəs tərəfindən maraqla gözlənilən final oyununda isəSTP (Sumqayıt Texnologiyalar Parkı) və Azeri M-İ komandaları yarışıblar. Qızğın oyun nəticəsində 6:2 hesabla STP təmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar.

Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində 12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287