XƏBƏRLƏR

Ana ölümlərinin səbəbi açıqlandı
17 OKTYABR
160

Ana ölümlərinin səbəbi açıqlandı

2017-10-17 14:32:00

Bakı Sağlamlıq Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib ki, ana ölümlərinin əsas səbəbi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları ilə bağlıdır. 

Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".

O qeyd edib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285