XƏBƏRLƏR

Bu il Psixi Sağlamlıq Mərkəzinə 2900 nəfər müraciət edib
13 OKTYABR
610

Bu il Psixi Sağlamlıq Mərkəzinə 2900 nəfər müraciət edib

2017-10-13 15:36:00

Psixi Sağlamlıq Mərkəzi 2012-ci ildən fəaliyyət göstərir. Psixi xəstəliklərlə əlaqədar müəssisəyə üz tutanlar burada ən müasir üsullarla müalicə və bərpa prosesi keçirlər.

Bu barədə mərkəzin direktoru, professor Fuad İsmayılov məlumat verib.

Onun dediyinə görə, ilin əvvəlindən bəri müəssisəyə 2900 nəfər müraciət edib. Onlardan 474 nəfər müalicə-konsultativ şöbəsinə müraciət edən ilkin xəstələrdir. Xəstələrdən 468 nəfər təcili yardım şöbəsinə, 159 nəfər gündüz stasionarına, 1169 nəfər reabilitasiya şöbəsinə müraciət edib. Reabilitasiya şöbəsində müalicə olunanların təxminən 1000 nəfərə qədəri uşaqlardan ibarətdir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287