NƏQLİYYAT

Dəmir yollarının daha 5 km-lik hissəsi təmir edilir - FOTOLAR
12 APREL
230

Dəmir yollarının daha 5 km-lik hissəsi təmir edilir - FOTOLAR

2018-04-12 16:01:00

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Fins.az xəbər verir ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, aprelin 12-də Goran-Kürəkçay mənzilində 5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri 4 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilinoktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 512 km dəmir yolu əsaslı təmir olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272