NƏQLİYYAT

“Uber”dən yenilik: komfortlu maşınlar - QİYMƏT
09 SENTYABR 2016
1474

“Uber”dən yenilik: komfortlu maşınlar - QİYMƏT

2016-09-09 13:12:00

“Uber” şirkəti bu gün Bakıda “UberSELECT” xidmətini istifadəyə verdiyini elan edib. Şirkətdən fins.az-a verilən məlumata gğrə, bu xidmət komfortlu avtomobillərdə gəzməyi və münasib qiymətə yuxarı xidmət səviyyəsini üstün tutan istifadəçilər üçün uyğundur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

“UberSELECT” xidməti çərçivəsində istifadəçilərə Kia Optima, Hyundai ix35, Toyota Camry, Ford Mondeo, Mazda 6, Skoda Octavia və analoji avtomobillər təklif olunacaq.

“UberSELECT”də maşına əyləşmək 80 qəpik təşkil edir, hər gözləmə dəqiqəsi 3 qəpik, bir kilometrin qiyməti 40 qəpikdir. Minimal gediş haqqı 2,5 manat təşkil edir. Gedişdən imtinanın qiyməti “UberX”də olduğu kimidir – 3 manat.

Xidmətin istifadəyə verilməsi ilə bağlı “Uber” yeni kampaniyaya başlayıb. “BAKKUSELECT” promokodunu daxil edin və 15 noyabr tarixinədək 10 gedişin hər birinə 20% endirim əldə edin. Endirim çərçivəsində hır gedişə görə endirimin məbləği maksimum 1,5 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267