İKT

Twitter ilə Instagram-ın müqayisə edildiyi əyləncəli reklam afişaları
02 AVQUST
350

Twitter ilə Instagram-ın müqayisə edildiyi əyləncəli reklam afişaları

2019-08-02 16:35:00

Sosial şəbəkələrin populyarlıq qazanması ilə birlikdə onlardan istifadə edən insanlar da bir-birləri ilə yarış halındadırlar desək, yəqin ki, yanılmarıq. Bununla yanaşı istifadəçilər sosial media platformalarında özlərini olduqlarından daha fərqli göstərməyə başlayıblar. Məsələn, Instagram platformasında istifadəçilər özlərini həyatdan olduqca zövq alan sosial şəxslər kim göstərərkən, Twitter – da isə bu vəziyyətin tam tərsi baş verir. Twitter platformasının özünə məxsus aqressiv istifadəçiləri var. Maddi və mənəvi cəhətdən özlərini yetərsiz göstərən və bunu zarafata çevirən insanlar belə paylaşımlarla həmçinin olduqca əylənirlər.

Görünür Twitter vəziyyətin fərqinə varıb ki, bəzi istifadəçilərinin paylaşımlarından bir reklam kampaniyası hazırlayıb. Bir müddət əvvəl Twitter təsisçisi Jack Dorsey – i izləməyi dayandırdı. Bu addım bir çox insanda Twitter platformasına qarşı etibarsızlıq yaratsa da, şirkətin reklam kampaniyası üçün belə bir addım atdığı sonrada aşkar oldu.

Twitter platformasından aktiv şəkildə istifadə edən insanlar bu sosial şəbəkədə müqayisəli paylaşımların edildiyini bilirlər. Instagram və Twitter arasındakı istifadəçi fərqini göstərən əyləncəli paylaşımlar edən Twitter istifadəçilərinin bu paylaşımları isə reklam kampaniyasının əsasını təşkil etir. San-Fransisko və Nyu York-dakı metro stansiyalarına yerləşdirilən 31 Twitter paylaşımı bu sosial şəbəkədən istifadə etməyənlərin belə diqqətini çəkir. Twitter bəlkə də bu vasitə ilə öz istifadəçi sayını artırmağı da hədəfləyir. Sözügedən reklam afişaları 9 avqust tarixinədək metro stansiyalarında sərgilənəcək.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır