İKT

İnternet istifadəçilərinin yarıdan çoxu flaşkart vasitəsilə virusa yoluxub
31 OKTYABR
129

İnternet istifadəçilərinin yarıdan çoxu flaşkart vasitəsilə virusa yoluxub

2018-10-31 15:08:00
Bu ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar.
 
Fins.az xəbər verir ki, bunu “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. Onun sözlərinə görə, zərərvericilər kibertəhdidin potensial qurbanlarının əksəriyyətini internetdə də gözləyirdilər.
 
"Yanvardan sentyabradək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib",- deyə M.Məmmədov bildirib.
 
 
©Finans
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257