İKT

WhatsApp-dan fotoşəkil göndərməni sürətləndirəcək YENİ XÜSUSİYYƏT
01 İYUN
260

WhatsApp-dan fotoşəkil göndərməni sürətləndirəcək YENİ XÜSUSİYYƏT

2018-06-01 12:54:00

Gündəlik həyatda fotoşəkil göndərmək üçün ən çox istifadə etdiyimiz tətbiqlərdən biri də WhatsApp-dır. Lakin WhatsApp-da birdən çox şəkil və ya böyük ölçülü bir fotoşəkil göndərəndə, fotoşəkilin qarşı tərəfə çatdırılması bir az gec ola bilir.

Fins.az xəbər verir ki, WhatsApp, yeni təqdim etdiyi bir yeniləmə ilə tətbiqə 'Yükləmə Təxmini' xüsusiyyətini gətirib. Bu xüsusiyyət sayəsində siz WhatsApp-da göndərəcəyiniz fotoşəkilləri seçməyə başladığınızda, fotoşəkillər avtomatik olaraq WhatsApp serverinə yüklənir. Fotoşəkillərin serverə quraşdırılması prosesi daha fotoşəkili seçdiyiniz anda başladığı üçün göndər düyməsinə toxunduğunuzda, fotoşəkil dərhal alıcıya çatar. Narahat olmayın; siz göndər düyməsinə toxunmadığınız müddətcə fotoşəkillər alıcıya çatmaz.


Xüsusiyyət WhatsApp-ın iOS tətbiqinin 2.18.61 versiyasında onsuz da mövcuddur, lakin Android əməliyyat sistemində bütün istifadəçilər xüsusiyyətə çata bilmirlər. Ehtimalla WhatsApp ən qısa müddətdə problemi həll edib xüsusiyyəti Androiddə də problemsiz bir şəkildə təqdim edəcək.

Eləcə də bax: Çinin "Xiaomi" şirkəti "iPhone X"in oxşarını təqdim edib

© Teach.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269