İKT

"Apple" 8-ci dəfə ən bahalı brend seçilib
24 MAY
153

"Apple" 8-ci dəfə ən bahalı brend seçilib

2018-05-24 09:40:00

ABŞ brendi "Apple" dünyanın ən qiymətli brendi seçilib.

Fins.az-ın məlumatına görə, brend 8-ci dəfə "Forbes" jurnalının illik reytinqinə başçılıq edir.

Ekspertlər "Apple" brendini 182,8 milyard dollar məbləğində qiymətləndirir, bu da 2017-ci illə müqaisədə 8 faiz çoxdur. Onlar bildirir ki, yalnız bu şirkət smartfonunun pərakəndə satış qiymətini 1 dollar etməklə ilk iki ay ərzində 29 milyon qurğu sata bilər.

İkinci yeri "Google" şirkəti tutub. Bu brendin qiyməti 30 faiz artıb və 132,1 milyar dollar səviyyəsindədir. Reytinqin növbəti 3 pilləsində "Microsoft" (104,8 milyard dollar +21%), "Facebook" (94,8 milyard dollar +29%) və "Amazon" (70,9 milyard dollar +31%) şirkətləri qərarlaşıb.

Eləcə də bax: LG iki metrlik displeyini nümayiş etdirdi

© Trend

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267