İKT

“WhatsApp”dan yeni – FUNKSİYALAR
06 OKTYABR
1857

“WhatsApp”dan yeni – FUNKSİYALAR

2016-10-06 19:08:00

“WhatsApp” messenceri fotoşəkillərin redaktəsi üçün yeni funksiyalarını təqdim edib. İndi tətbiqin istifadəçiləri şəklin üzərinə mətn əlavə edə, rəngi və şrift üslubunu dəyişdirə, həmçinin rəsm çəkə bilərlər.

Fins.az-ın verdiyi məlumata əsasən, bu barədə şirkətin bloqunda məlumat verilib. Bundan başqa, videonun yaxınlaşdırılması imkanı, mobil qurğunun ön və əsas kameraları arasında sürətli keçid etmək imkanı əlçatan olub. Bunun üçün smartfonun ekranına ani iki dəfə sıxmaq lazımdır.

Ancaq yeni imkanlar hazırda yalnız “Android” qurğu istifadəçilərinə əlçatandır. “App Store” tətbiqlər mağazasında “iOS” platforması üçün versiya daha sonra yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270