ƏMLAK

İçərişəhərdə tikinti işləri qadağandır – RƏSMİ
10 İYUN
280

İçərişəhərdə tikinti işləri qadağandır – RƏSMİ

2019-06-10 12:47:00

İçərişəhərdə istisna hallarda tikinti işlərinə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır.

Fins.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, İçərişəhər daxilində tikinti-bərpa işlərinə icazə birbaşa Qoruq tərəfindən verilir:

“İçərişəhərdə tikintiyə icazə yoxdur. Lakin 2008-ci ildə təsdiq edilən qaydalara uyğun olaraq bəzi şərtlər altında bərpa işlərinə icazə verilir. Bundan başqa, yalnız qəzalı olan binanın köhnə tipologiyasının qorunması şərtilə təmirinə icazə var. Başqa heç bir halda hər hansı tikinti işlərininin aparılmasına yol verilmir”.

© OXu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır