DÜNYA

Trampdan Çinə kritik cavab: Vegilər yenidən artırıldı
24 AVQUST
206

Trampdan Çinə kritik cavab: Vegilər yenidən artırıldı

2019-08-24 10:46:00

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.

Fins.azxəbər verir ki, Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsulun rüsumlarının 10 faizədək artırılması barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.

Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır