DÜNYA

Ərdoğandan təcili iclas - İLK AÇIQLAMA
29 İYUN
677

Ərdoğandan təcili iclas - İLK AÇIQLAMA

2016-06-29 09:30:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş dəhşətli terrorla bağlı təcili iclas çağırıb.

Fins.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, toplantıda Baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da iştirak ediblər.

Prezident iclasdan sonra qısa açıqlama verib:

“Atatürk Hava Limanındakı hadisəni şiddətlə qınayıram. Terror bir daha öz qaranlıq üzünü ortaya qoydu. Bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkətdir. Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir. Bu hücum mübarizə üçün bir dönüş nöqtəsi olsun”.

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272