BÜDCƏ

“Azərbaycan İnvestisiya Şirkəti”nin auditini “Baker Tily” aparacaq
07 DEKABR
75

“Azərbaycan İnvestisiya Şirkəti”nin auditini “Baker Tily” aparacaq

2017-12-07 10:06:00

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 2015-2016-cı illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi məqsədilə xidmətlərin satınalınması üzrə keçirilən açıq tender proseduru başa çatıb.

“Azərbaycan İnvestisiya Şirkəti”ndən verilən məlumata görə, tender komissiyasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə “Baker Tily Audit Azərbaycan” MMC həmin tenderin qalibi seçilib.

Sözügedən şirkətlə dekabrın 4-də satınalma müqaviləsi imzalanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287