BÜDCƏ

Vergilər Nazirliyi “Elektron cinayət işi”nin tətbiqinə başladı
04 NOYABR
294

Vergilər Nazirliyi “Elektron cinayət işi”nin tətbiqinə başladı

2016-11-04 13:37:00

Vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu hazırlanıb və istifadəyə verilib.

“Elektron cinayət işi” modulu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

“Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.Müstəntiq və təhqiqatçılar modulun müvafiq bölmələrində (xanalarında) tələb olunan məlumatları doldurarkən, zəruri qeydlərini və əlavələrini də edə biləcəklər.

Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacaq. Məsələ ilə bağlı Departamentin müstəntiq və təhqiqatçıları üçün treninqlər, habelə ictimaiyyət üçün təqdimat keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270